• 19 Sentyabr 2020
logo
ASAN Xidmət: Yaxın qohumun dəfnində iştirak üçün SMS icazədən istifadə nəzərdə tutulmur, DİN-dən icazə alınmalıdr

ASAN Xidmət: Yaxın qohumun dəfnində iştirak üçün SMS icazədən istifadə nəzərdə tutulmur, DİN-dən icazə alınmalıdr

“Yaxın qohumun dəfnində iştirakla ilə bağlı keçən dəfə SMS icazə üçün kod vardısa, bu dəfə həmin kod yoxdur”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib.

Ü. Mehdiyev deyib ki, həmin şəxslər Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng etməklə icazə ala biləcəklər.