“Sosial məsafə və əl gigiyenasına xüsusi diqqət yetirilməlidir”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Y. Qarayeva deyib ki, Bakı ilə müqayisədə rayonlarda, bölgələrdə insanlar ümumiyyətlə, virus yoxdur kimi hərəkət edirlər: “Virus bölgə, sərhəd, yaş tanımır. Virusun yaşaması üçün bizim hüceyrələrimizə ehtiyac yoxdur”.
TƏBİB-in şöbə müdiri qeyd edib ki, bu gün COVID-19 mutasiyaya uğrayır: “Bu gün aprel və may ayları ilə müqayisədə xəstələr fərqlidir, ağırlaşmalar çoxdur. Orta və cavan yaşlı xəstələrimizdə ciddi ağırlaşma ilə müşahidə olunan hallar görürük”.