• 27 İyul 2024
logo
NK: Səkkiz şəhər və rayonda iyunun 21-dən iyulun 5-dək çimərliklərdən istifadə qadağandır

NK: Səkkiz şəhər və rayonda iyunun 21-dən iyulun 5-dək çimərliklərdən istifadə qadağandır

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək çimərliklərdən istifadə qadağandır.

Bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib.

O bildirib ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimlərini pozan şəxslər məsuliyyət daşıyır.