• 19 Sentyabr 2020
logo
Xüsusi karantin rejiminin tətbiq olunduğu ərazilərdə iyunun 21-dən iyulun 5-dək restoranların fəaliyyəti dayandırılacaq

Xüsusi karantin rejiminin tətbiq olunduğu ərazilərdə iyunun 21-dən iyulun 5-dək restoranların fəaliyyəti dayandırılacaq

Xüsusi karantin rejiminin tətbiq olunduğu ərazilərdə 21 iyundan 5 iyuladək restoranların fəaliyyəti dayandırılacaq.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Qeyd edilib ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər dayandırılacaq.