• 28 Mart 2025
logo
Xüsusi karantin rejimində bərbərxana və gözəllik salonları fəaliyyət göstərməyəcək

Xüsusi karantin rejimində bərbərxana və gözəllik salonları fəaliyyət göstərməyəcək

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə,Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan etibarən məhdudiyyətlər tətbiq olunacaq.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərərgahın qərarında bildirilib. Verilən məlumata görə, fəaliyyətinə icazə verilməyən sahələr sırasına bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) də daxildir.