• 27 İyul 2024
logo
Rusiyada pandemiya dövründə yarım milyondan çox insan xəstəxanalarda müalicə alıb

Rusiyada pandemiya dövründə yarım milyondan çox insan xəstəxanalarda müalicə alıb

Rusiyada COVID-19 pandemiyası dövründə yarım milyondan çox insan xəstəxanalarda müalicə olunub.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib.

“Rusiya Federasiyasında bu günə kimi yarım milyondan çox xəstə ölkənin hospital şəbəkəsindən keçib”, - deyə rusiyalı nazir prezident Vladimir Putinin rəhbərliyi ilə keçirilən müşavirədə vurğulayıb.

Qeyd edək ki, Rusiya koronavirus infeksiyasına yoluxmaların sayına görə dünyada ABŞ və Braziliyadan sonra 3-cü yerdə gəlir. Açıqlanan son məlumatlara əsasən ölkədə COVID-19-a yoluxanların sayı 569 063 nəfərə çatıb.