• 2 Oktyabr 2020
logo
Bələdiyyələrin illik fəaliyyəti üzrə məruzənin Milli Məclisə təqdim olunması proseduru dəyişir

Bələdiyyələrin illik fəaliyyəti üzrə məruzənin Milli Məclisə təqdim olunması proseduru dəyişir

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın Milli Məclisə bələdiyyələrin illik fəaliyyəti ilə bağlı məruzəni təqdim etməsi proseduru dəyişir.

Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə dəyişiklik edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qüvvədə olan Daxili Nizamnaməyə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hər ilin sonunda öz fəaliyyəti haqqında Milli Məclisə illik məruzə təqdim edir. Layihəyə əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan hər ilin yekunu üzrə öz fəaliyyəti haqqında Milli Məclisə illik məruzə təqdim edəcək.

Layihə səsə qoyularaq qəbul edilib.