• 28 Mart 2025
logo
DMX: İndiyədək Almaniyadan 1260 nəfər Azərbaycana qaytarılıb, daha 1249 nəfərin readmissiyası gözlənilir

DMX: İndiyədək Almaniyadan 1260 nəfər Azərbaycana qaytarılıb, daha 1249 nəfərin readmissiyası gözlənilir

2015-ci ildən 2020-ci ilin bu gününədək Dövlət Miqrasiya Xidmətinə Almaniya Federativ Respublikasından daxil olmuş 2509 şəxs barəsində readmissiya sorğusuna müsbət cavab verilib.

Bu barədə Dövlət Miqrasiya Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, bu müddət ərzində onlardan 1260 şəxsin readmissiyası həyata keçirilib. Digər 1249 nəfərin ölkəyə qeyri-müəyyən vaxta readmissiyası gözlənilir. Onlardan 647 nəfərinin readmissiya sorğusuna cavab 2019-2020-ci illər ərzində verilib.