• 27 İyul 2024
logo
SOCAR qanvermə təşəbbüsünə qoşulub

SOCAR qanvermə təşəbbüsünə qoşulub

SOCAR-ın idarə və müəssisələri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində qanvermə təşəbbüsünə böyük ruh yüksəkliyi ilə qoşulub.

SPCAR-dan verilən məlumata görə, şirkət rəhbərliyinin göstərişi əsasında SOCAR-ın Baş ofisində və şirkətin strukturuna daxil olan qurumlarda “Donor günü” aksiyası ilə əlaqədar qrafik tərtib edilmiş. B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya institutu ilə razılaşdırıldıqdan sonra talassemiyalı xəstələr üçün qanvermə prosesi uğurla həyata keçirilib.

SOCAR-ın ənənəvi olaraq atdığı bu xeyirxah Milli Hematologiya və Transfuziologiya Mərkəzi tərəfindən yüksək qiymətləndirilmiş, şirkət aksiyanın öncül təşkilatı kimi Mərkəz tərəfindən təltif edilib.

SOCAR kollektivi “Qan ver, həyat xilas et!” devizi altında keçirilən hemofiliya və talassemiyalı xəstələr üçün qanvermə aksiyalarında bundan sonra da yaxından iştirak etmək əzmindədir.

Qeyd edək ki, SOCAR-ın çoxminli kollektivi talassemiyalı xəstələrə yardım etmək məqsədi ilə könüllü qanvermə aksiyalarında 2009-cu ildən etibarən fəal iştirak edir. 2020-ci ilin iyun ayına qədər şirkətin 34563 nəfər əməkdaşı bu humanist aksiyaya qoşularaq, talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara qan verməklə köməklik göstərib.