• 19 Sentyabr 2020
logo
Qərargah: Xüsusi karantin günlərində metro ilə yanaşı, digər ictimai nəqliyyat növləri də fəaliyyət göstərəcək

Qərargah: Xüsusi karantin günlərində metro ilə yanaşı, digər ictimai nəqliyyat növləri də fəaliyyət göstərəcək

"İş rejimi ilə bağlı özəl və dövlət sektorunda çalışanlar şəxsi avtomobillərdən istifadə edə biləcəklər".

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

L. Abdullayeva deyib ki, bu məsələ Operativ Qərargahda müzakirə olunub və sabah geniş məlumat veriləcək.

XİN rəsmisi onu da əlavə edib ki, xüsusi karantin rejimi günlərində metro ilə yanaşı, digər ictimai nəqliyyat növləri də fəaliyyət göstərəcək.