• 19 Mart 2024
logo
Bakı Gənclər Mərkəzində “Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib

Bakı Gənclər Mərkəzində “Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib

İyulun 19-da Azərbaycan Respublikasının Gənclər Fondu, Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə universitet tələbələri, gənclər təşkilatlarının nümayəndələri və gənc könüllülərin iştirakı ilə Bakı Gənclər Mərkəzində “Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib.
Fonddan verilən məlumata görə, tədbirdə əməkdar mədəniyyət işçisi, televiziya və radio aparıcısı Rahib Azəri, 1news.az informasiya agentliyinin direktoru Rəhman Hacı, ASAN Radionun direktoru Emin Musəvi çıxış edərək 1875-ci ildə böyük maarifpərvər Həsən bəy Zərdabinin yaratdığı "Əkinçi" qəzeti ilə əsası qoyulmuş milli mətbuatımızın keçdiyi yoldan və müasir dövrdə mətbuatımızın fəaliyyəti, sosial media və onun yaratdığı imkanlar və yeniliklərdən bəhs ediblər.
Çıxışçılar gənclərin suallarını cavablandırıb, fikir mübadiləsi aparıblar.
Müzakirə formatında təşkil olunan görüşdə 300-dən çox gənc iştirak edib.