• 24 Mart 2025
logo
Naxçıvan MR-nın Bakıdakı daimi nümayəndəliyi Naxçıvana uçuş üçün siyahıya yazılanlara müraciət edib

Naxçıvan MR-nın Bakıdakı daimi nümayəndəliyi Naxçıvana uçuş üçün siyahıya yazılanlara müraciət edib

Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyi məlumat yayıb.

Məlumatında bildirilir ki, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının daimi nümayəndəliyində 23, 25, 30 iyun və 2, 7 iyul tarixlərində Naxçıvana uçuş üçün siyahıya yazılan şəxslər (7 iyul tarixinə yazıların bir qismi növbəlilik əsasında istisna olmaqla) 20 iyun 2020-ci il tarixində Naxçıvana uçuş üçün hazır olmalıdırlar.

"Bunun üçün bu şəxslər təqdim etdikləri whatsapp nömrələrini AZAL-dan daxil olacaq linkləri qəbul etmək və bilet almaq üçün gün ərzində diqqətdə saxlamalı və bilet alandan sonra sabah gecikmədən TƏBİB-in müəyyən etdiyi yerdə testdən keçməlidirlər", - deyə daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov qeyd edib.