• 27 İyul 2024
logo
Qərargah: İctimai nəqliyyatda və yas yerlərində kifayət qədər yoluxma halı var

Qərargah: İctimai nəqliyyatda və yas yerlərində kifayət qədər yoluxma halı var

"Son 2 həftədə tətbiq etdiyimiz həftəsonu məhdudiyyətləri əksər insanlarımız normal qarşıladı, insanlar qaydalara daha çox əməl etməyə başladılar"

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, qaydalara əməl etmək baxımından aparılan müşahidələr onu göstərir ki, vəziyyət heç də ürəkaçan deyil: "Hələ də qaydalara ciddi əməl etməyən, vəziyyətə barmaqarası baxan vətəndaşlarımız var. Küçələrdə hələ də simptomları olmayan və zəif olan vətəndaşlarımız var. Onlar maskasız gəzdikdə başqa insanları da yoluxdururlar. Hələ də yas yerlərinə kütləvi toplaşanlar var. Yas yerlərində kütləvi yoluxmalar haqqında ciddi epidemioloji nəticələri görürük. İctimai nəqliyyatda qoruyucu vasitələrin, maskanın istifadə olunmaması ilə bağlı kifayət qədər yoluxma halı mövcuddur".