• 25 Yanvar 2021
logo
İki həftəlik ciddi karantin rejimi günlərində Bakı Metropoliteni fəaliyyət göstərəcək

İki həftəlik ciddi karantin rejimi günlərində Bakı Metropoliteni fəaliyyət göstərəcək

"Narıncı zonadakı Abşeron, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı və Cəlilabad şəhərində iki həftəlik ciddi karantin rejimi tətbiq olunacaq".

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, öncəki sərt karantin rejimindəki qadağalar yenidən qüvvəyə minəcək, sadəcə, Bakı Metropoliteni fəaliyyət göstərəcək, park və bulvarlara girişə icazə veriləcək.