• 28 Mart 2025
logo
Operativ Qərargah: Atılan addımlar infeksiyanın sürətinin azaldılmasına xidmət edir

Operativ Qərargah: Atılan addımlar infeksiyanın sürətinin azaldılmasına xidmət edir

“Atılan addımlar infeksiyanın sürətinin azaldılmasına xidmət edir”. Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. L. Abdullayeva deyib ki, koronavirusa yoluxma və sağalanlar arasında fərq sərt karantin rejiminin tətbiqini tələb edir: “Hamımız dərk etməliyik ki, tətbiq olunan bu qaydalar infeksiyanın aradan qaldırılması demək deyil. Vaksin tapılana qədər atılan addımlar infeksiyanın yayılma sürətini azaltmağa xidmət edir”.