• 1 Oktyabr 2020
logo
Magistraturaya proqram və ixtisaslaşma seçiminin vaxtı uzadılıb

Magistraturaya proqram və ixtisaslaşma seçiminin vaxtı uzadılıb

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçiminin vaxtı 21 iyun saat 23:59-dək uzadılır.

Bu barədə Dövlət İmtahan Mərkəzindən bilddirilib: "İxsaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.

Bundan əlavə, 700-ə yaxın bakalavrın ümumi orta müvəffəqiyyət göstəricisi ali təhsil müəssisələri tərəfindən “Tələbə-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməyib. Ali təhsil müəssisələrinin məsul şəxsləri qeyd olunan vaxtadək ÜOMG-ni bazaya daxil etməlidirlər.

Xatırladaq ki, 18 iyun saat 16:00-a olan məlumata əsasən, 10869 bakalavr (Azərbaycan bölməsi üzrə 10073, rus bölməsi üzrə 796) öz ərizəsini təsdiq edib.

Müsabiqəyə yalnız 21 iyun saat 23.59-dək "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi"ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar".