• 29 Sentyabr 2020
logo
Prezidentə yazırlar: “Sizin bütün qərarlarınızla həmrəyik”

Prezidentə yazırlar: “Sizin bütün qərarlarınızla həmrəyik”

Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına respublikanın müxtəlif bölgələrindən təşəkkür məktubları gəlməyə davam edir.

Baymedia.az məktublardan bir neçəsini təqdim edir:

“Hörmətli cənab Ali Baş Komandan.

Mən Azərbaycanın Milli Qəhrəmanı şəhid Pəhlivan Fərzəliyevin oğluyam. Sizin sayənizdə ötən il işə qəbul olundum.

Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq Sizin şəhid ailələrinə, Qarabağ müharibəsi əlilləri və veteranlarına, məcburi köçkünlərə diqqət və qayğınız yüksək səviyyədədir. Bunları görməmək mümkün deyildir.

Cənab Prezident, Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizin inkişafı yolundakı addımlarınızı bəyənən və bu dəyərlərlə yaşayan insanam. Sizə öz adımdan, ailəmin adından, Milli Qəhrəman ailələri adından, Füzuli rayon sakinləri adından dərin təşəkkürümü bildirirəm.

Dünyanı bürüyən koronavirusla bağlı lazımlı addımlarınız da təqdirəlayiqdir. Sizin kimi Vətənini, xalqını sevən Prezidentimiz olduğu üçün biz çox da əziyyət çəkmədik. Sosial vəziyyəti aşağı olan ailələrə birdəfəlik ödəmələr və yardımlar edilməsi xalqa böyük kömək etdi. Sizin və Mehriban xanımın bir illik əməkhaqqınızı koronavirusla bağlı yaradılmış fonda ianə etməyiniz çox böyük, humanist addım idi.

Cənab Prezident, bütün bunlara görə bir daha Sizlərə təşəkkür edir, uzun ömür, cansağlığı arzulayıram. Biz - Milli Qəhrəman və şəhid övladları Sizin əsgərlərinizik. Sizin əmr və göstərişiniz kifayət edir ki, atalarımız kimi Vətənin müdafiəsinə qalxaq.

Hörmətlə,

Fərzəliyev Xaliq Pəhlivan oğlu, Milli Qəhrəmanı şəhid Pəhlivan Fərzəliyevin oğlu, Füzuli rayonundan məcburi köçkün,

Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu”.

“Möhtərəm Prezident.

Bu gün biz bəşəriyyətin böyük sınaqla üzləşdiyi çətin dövrdə, koronavirus pandemiyasının tüğyan etdiyi bir vaxtda güclü mübarizə aparılmasına baxmayaraq dünyanın bir sıra yerlərində, o cümlədən inkişaf etmiş Avropa ölkələrində hər gün yüzlərlə insan bu dəhşətli xəstəliyin qurbanına çevrilir. Lakin koronavirus infeksiyasının qlobal təhlükəyə çevrilməyə başladığı ilk gündən etibarən Sizin qəbul etdiyiniz qərarlar pandemiyanın ölkəmizdə geniş yayılaraq kütləvi insan ölümünə səbəb olmasının qarşısını aldı. Sizin çevik və yüksək idarəetmə bacarığınız sayəsində infeksiyaya yoluxmaların sayı aşağı həddə saxlanılmaqdadır.

Cənab Prezident, bu xeyirxah işinizə görə Sizə uzun ömür, cansağlığı arzulayır, uğurlar diləyirəm.

Hörmətlə,

Abdullayev Xəyal Camal oğlu, 8-ci sinif şagirdi.

Azərbaycan Respublikası, Ağdam rayonu, Qasımbəyli qəsəbəsi”.

“Çox hörmətli cənab Prezident.

Mən Ağdam rayonunun Xıdırlı kəndindən məcburi köçkünəm. Qardaşım torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mən öz ailə üzvlərimlə birlikdə məcburi köçkün düşdükdən sonra 16 il Yevlax rayonunda yerləşən EKO qəsəbəsində yaşamışam. Ulu öndərimiz Heydər Əliyev həmin qəsəbədə 2 dəfə olub, hətta bir toy məclisində də iştirak edib. Sonra Sizin rəhbərliyinizlə Yevlax şəhərində bütün standartlara cavab verən müasir mənzillər, məktəb, uşaq bağçası ilə təmin olunduq. Hazırda qəsəbəmizdə 615 ailə məskunlaşıb.

Çox hörmətli cənab Prezident, biz - məcburi köçkünlər, şəhid ailələri Sizin və Mehriban xanım üçün gecə və gündüz Allaha dua edirik. Sizin son dövrlərdə həyata keçirdiyiniz kadr siyasətinizi də ürəkdən dəstəkləyirik. Xalqın malına, xüsusilə də imkansız ailələrə ayrılan yardımlara göz dikən şəxslərin cəzalandırılması digərlərinə örnək olmalıdır. Bütün qaçqın və məcburi köçkünlər, şəhid ailələri və 20 nəfərlik ailə üzvlərim adından Sizə minnətdaram. Ona görə ki, Siz xalqını, Vətənini, torpağını sevən və müstəqil Azərbaycanın inkişafı yolunda durmadan çalışan lidersiniz. Biz Sizinlə fəxr edirik. Allah Sizə yar olsun.

Hörmətlə,

Gülmalıyev Bəhman Çərkəz oğlu, şəhid qardaşı, məcburi köçkün.

Azərbaycan Respublikası, Ağdam rayonu”.

“Hörmətli cənab Prezident.

"Beşbarmaq dağı" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradılması məqsədilə imzaladığınız Sərəncam bizləri çox sevindirdi. Tarixi abidələrimizin restavrasiya olunaraq gələcək nəsillərə ötürülməsi təqdirəlayiqdir və tariximizə verdiyiniz yüksək qiymətdir. Biz gənclər Sizin hər sahədə apardığınız siyasəti dəstəkləyirik. Çünki Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısısınız. Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Tağıyev Tural Eyyam oğlu, ehtiyatda olan zabit, 2-ci qrup əlil, Prezident təqaüdçüsü.

Azərbaycan Respublikası, Siyəzən rayonu”.

“Əziz və hörmətli cənab Prezident.

Pandemiya ilə əlaqədar ölkəmizdə karantin rejiminin tətbiqi xalqımız və iqtisadiyyatımız üçün sınaq dövrü oldu. Belə bir çətin vəziyyətdə Siz hər zaman olduğu kimi yenə də sahibkarlara və fermerlərə dəstək verərək onların yanında oldunuz. İstehsal edilən kənd təsərrüfatı məhsullarının, xüsusilə də kartofun Rusiya bazarlarına daşınmasında və satılmasında kəndlərimizin fermerlərinə böyük kömək göstərildi. Sizin sayənizdə xaricə çıxışımız təmin olundu, bu işdə heç bir çətinliyimiz yaranmadı.

Göstərdiyiniz diqqət və qayğıya görə Sizə təşəkkür edirik. Qoy, həmişə Siz və ailəniz biz vətəndaşların qarantı olaraq daim öndə və yüksəklərdə olasınız.

Çox sağ olun, cənab Prezident.

Qarazəncir və Maşlıq kənd sakinləri adından hörmətlə,

Ağayev Rövşən Rafiq oğlu

Məmmədov Vüsal Vaqif oğlu

Məmmədov Əhmədağa Astan oğlu

Abbasov Emil Ağaqardaş oğlu

Mehtiyev Calal Sahib oğlu

Babayev Habil Babaş oğlu.

Azərbaycan Respublikası, Cəlilabad rayonu”.

“Hörmətli cənab Prezident.

Siz mürəkkəb vəziyyətdə möhkəm iradə nümayiş etdirməklə bir daha sübut etdiniz ki, Siz hər bir Azərbaycan vətəndaşının Prezidentisiniz. İlk olaraq onu bildirmək istəyirik ki, hər bir Azərbaycan vətəndaşı Sizinlə qurur duyur. Cəmiyyətimiz bir daha yüksək keyfiyyət ifadə edərək göstərdi ki, xalqımızla Prezidentimiz birdir. Vətəndaş olmaq öz məsuliyyətinin fərqində olmaq deməkdir. Hər zaman üzləşdiyimiz qlobal problemlərdən Siz Azərbaycanı üzüağ çıxartmısınız. Bu çətin günlərdə qəbul etdiyiniz qərarlara, özəl sektora verdiyiniz dəstəyə görə hər bir vətəndaş Sizinlə qürur duyur. Vaxtında təxirəsalınmaz tədbirlər gördüyünüzə görə sağlam şəkildə ailələrimizin yanındayıq. İnşallah, Sizin uzaqgörən siyasətiniz, müdrikliyiniz sayənizdə COVID-19 deyilən bu bəladan xilas olacağıq.

Bir məsələni də xüsusi qeyd etmək istəyirik. Bu yaxınlarda üzləşdiyimiz çətinliyin aradan qaldırılması ilə əlaqədar Sizə ünvanladığımız müraciətimiz müsbət həllini tapdı. Bu da biz vətəndaşlara olan diqqətin bir nümunəsidir.

Sizə məsuliyyətli və şərəfli işinizdə uğurlar arzulayırıq, cənab Prezident. Sizi alqışlamaq hər bir Azərbaycan vətəndaşının borcudur. Vətənimizin inkişafı və tərəqqisi, xalqımızın sağlamlığı naminə Siz hər şeyi edirsiniz. Ulu Tanrı Sizi və ailənizi qorusun.

Hörmətlə,

Həmidov Vaqif Arif oğlu

Alışov İlham Alış oğlu

Paşalı Coşqun Valeh oğlu

Seyidov Kənan Kərimağa oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi”.

“Hörmətli Prezidentimiz.

Bütün dünyada geniş yayılmış və dövlətlərin olduqca çətin vəziyyətə düşdüyü koronavirus pandemiyası dövründə Sizin rəhbərliyiniz altında ölkəmizdə çox ciddi tədbirlər həyata keçirilir. Vətəndaşlarımıza dövlət tərəfindən göstərilən maddi dəstək, səhiyyə işçilərinin əmək haqlarının artırılması, yeni modul tipli xəstəxanaların istifadəyə verilməsi, xəstəxanalarda müalicəyə cəlb olunmuş xəstələrə göstərilən hərtərəfli qayğı, infeksiyanın yayılma surətinin azaldılması üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və bir sıra rayonlarda xüsusi karantin rejiminin sərtləşdirilməsi, digər dövlətlərlə müqayisədə infeksiyadan daha az itki ilə çıxmağımıza böyük kömək göstərir. Bütün bunları görərək, Sizə minnətdarlıq etməyi özümə borc bilirəm. Mən fəxr edirəm ki, Sizin kimi dövlət başçımız var və bir vətəndaş olaraq olduqca rahatam ki, xalqımızın üzləşdiyi bu çətin günlərdə də çıxış yolu tapıb xalqımızı öz arxanızca aparacaqsınız. Xalqımızın sağlam gələcəyi naminə həyata keçirdiyiniz bütün tədbirlərə görə ailəmin adından Sizə və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya çox-çox minnətdarlıq edirəm. Tanrı Sizi, ailənizi və xalqımızı bu bəladan qorusun.

Hörmətlə,

Azayeva Gülnarə Vilayət qızı.

Azərbaycan Respublikası, Şirvan şəhəri”.

Əli Fətəliyevdən, Ağcabədi, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən bir Azərbaycan vətəndaşı, yaşlı nəslin nümayəndəsi kimi bu məktubu Sizə böyük qürur hissi və sevgi ilə yazıram. Azərbaycan vətəndaşı kimi dünyada, eləcə də, Azərbaycanda gedən prosesləri yaxından izləyirəm. Fəaliyyətinizi, Azərbaycan xalqına göstərdiyiniz əvəzolunmaz xidmətlərinizi yüksək qiymətləndirirəm. Koronavirus pandemiyasının başlanğıc mərhələsində ölkəmizdə Sizin tərəfinizdən çox ciddi, davamlı və təsirli tədbirlər həyata keçirildi. Azərbaycan dövlətinin atdığı addımlar dünyanın bir çox ölkələri üçün nümunə oldu. Sizin bütün qərarlarınızla həmrəyik. Hamımız inanırıq ki, bu qərarlar bizi bu bəladan minimum zərərlə qurtaracaq. Biz hər zaman, eləcə də, pandemiya dövründə Sizin dəstəyinizi öz üzərimizdə hiss edirik. Biz Sizi və fəaliyyətinizi dəstəkləyir və Sizə güvənirik. Xoşbəxt xalqıq ki, Sizin kimi Prezidentimiz var. Sizə minnətdarıq, cənab Prezident.

Hörmətlə,

Fətəliyev Əli Bayram oğlu,

Azərbaycan Respublikası, Ağcabədi rayonu”.

“Hörmətli cənab Prezident.

Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan bu gün Sizin apardığınız uğurlu siyasət nəticəsində uğurla inkişaf edir.

Cənab Prezident, biz gədəbəylilər xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Sizi ürəkdən sevir və Sizinlə qürur duyuruq. Sizin respublikamıza rəhbərliyiniz etdiyiniz dövrdə Azərbaycanın hər bir guşəsində abadlıq işləri görülüb, kənd və qəsəbələrdə infrastruktur yaxşılaşdırılıb, insanlar firavan həyata qədəm qoyublar. Qədirbilən gədəbəylilər Sizin ölkəmizin dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda göstərdiyiniz misilsiz xidmətləri çox yüksək dəyərləndirirlər. Hər zaman xalqın yanında olmağımız və həyata keçirdiyiniz sosial siyasətiniz bu reallığı tam əks etdirir. Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində işlər xalqımız və gədəbəylilər tərəfindən minnətdarlıqla qarşılanır. Rayonumuzun davamlı sosial-iqtisadi inkişafına daim diqqət yetirməyiniz bizi ürəkdən sevindirir.

Cənab Prezident, bu günlərdə Gərgər kəndində elektrik xətlərinin, işıq dirəklərinin, transformatorların yenilənməsi və qaz xəttinin çəkilməsi bütün sakinlərin sevincinə səbəb oldu. Bütün bunlara görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Rəsulov Nuru

Ələsgərova Qənirə

Allahverdiyev Səyyad

Abbasov Rəhman

Nağıyev Ədəd

Kamalov Vüqar

Tağıyeva Həcər və başqaları.

Azərbaycan Respublikası Gədəbəy rayonu, Gərgər kəndi”.

“Hörmətli cənab Przident."

Bir Azərbaycan gənci olaraq Sizlə fəxr edirəm. Bu çətin vəziyyətdə inamlı və qətiyyətli addımlarınız bizə qürur verir. Bir gənc olaraq daim Sizin siyasətinizi dəstəkləyirəm və Azərbaycanda ictimai rəyi mənfiyə doğru dəyişmək istəyənlərə qarşı bacardığım qədər mübarizə aparıram. Bu mənim vətəndaşlıq borcumdur və hər bir şəxs bunu dərk etməlidir. Biz Sizinləyik və bu həmişə belə olacaq. Azərbaycanımızın qədim və dəyərli tarixi və bu tarixin sarsılmaz sütunları var ki, Siz bu sütunları dağılmağa qoymursunuz və gündən-günə daha da möhkəmləndirirsiniz. Söz o vaxt söz olur ki, əmələ çevrilsin. Sizin bütün işləriniz əməldir. Heç kəsin şübhəsi olmasın ki, nə qədər ki Azərbaycanımızı, rəhbərimizi ləkələməyə çalışsalar da, bu onların öz başlarını ağrıdacaq. Çünki ata yurduna xəyanətin heç bir əsası ola bilməz və öz şəxsiyyətlərini satanlar, milli heysiyyətinə, dövlətinə, rəhbərinə xəyanət edənlər bir gün çox peşman olacaqlar. Sizin xarici və daxili siyasətinizi yaxından izləyirəm və dəstəkləyirəm. Biz çörəyimizi paylaşsaq da, torpağımızı heç vaxt paylaşmarıq. Əminəm ki, Qarabağ problemimiz də həll olunacaq və bu Sizin siyasi dahiliyinizi bir daha göstərəcək. Mən Sizinlə fəxr edirəm. Siz var ikən Azərbaycanımız əmin əllərdə olacaq. Sizə təşəkkür edirəm.

Hörmətlə,

Sənan Məmmədov

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu”.

“Möhtərəm cənab Prezident.

Son zamanlarda pandemiya ilə əlaqədar olaraq dünyanın bir çox ölkələri iqtisadı cəhətdən böhrana düçar olmuşdur. Amma, Azərbaycan Respublikası Sizin rəhbərliyiniz ilə çətinliklərin öhdəsindən gəlməkdədir.

Salyan rayonu Seyidsadıqlı kəndində gənc ailələrin yaşadığı yeni yaşayış məhəlləsində elektrik xətləri kustar üsulla çəkilmişdi. Güclü külək əsəndə elektrik enerjisinin verilməsində fasilələr yaranırdı. Sizin kəndlərə göstərdiyiniz diqqət və qayğının nəticəsidir ki, həmin yaşayış məhəlləsində elektrik təsərrüfatı yenidən qurulmuş, əhali fasiləsiz və keyfiyyətli elektrikdən istifadə etməkdədir. Bütün bu görülən işlər Sizin biz vətəndaşlara göstərdiyiniz qayğının nəticəsidir.

Cənab Prezident, biz Seyidsadıqlı kənd sakinləri Sizinlə qürur duyuruq. Sizə daha böyük uğurlar arzu edirik. Biz həmişə Sizinləyik.

Hörmətlə,

Baloğlanov Vidadi Safail oğlu

Məmmədov Rahat Abdulhüseyn oğlu

Mirzəyev Emin Telman oğlu

Mustafayev Vüqar Müzəffər oğlu

Səmədov Təbriz Ağaqulu oğlu və başqaları.

Azərbaycan Respublikası, Salyan rayonu, Seyidsadıqlı kəndi”.

“Hörmətli cənab Prezident.

Pandemiya dövründə xalqımız çətin günlər keçirir. Amma buna baxmayaraq Sizin diqqət və qayğınız sayəsində biz ayaq üstə qalmağı bacarırıq. Bir gənc olaraq Sizin gördüyünüz işləri yüksək qiymətləndirirəm.

Sizin göstərişinizlə iki ayı əhatə edən birdəfəlik ödəmənin verilməsi, Heydər Əliyev Fondu tərəfindən ərzaq yardımlarının edilməsi, əhalinin müalicəsi üçün lazımi şəraitin yaradılması çox müsbət haldır. Bizə olan diqqət və qayğınıza görə Sizə öz adımdan və ailəmin adından dərin minnətdarlığımı bildirirəm. Ulu Tanrı hər zaman köməyiniz olsun.

Hörmətlə,

İbrahimova Nübar Qoşqar oğlu, tələbə.

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu”.

“Hörmətli cənab Prezident.

2003-cü ildən başlayaraq Azərbaycanda aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi nəzərəçarpacaq dərəcədə azalıb, vətəndaşların rifah halı yüksəlib, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminat sistemi təkmilləşdirilib, insan kapitalının və sosial infrastrukturun inkişafına nail olunub, sosial cəhətdən həssas əhali qruplarının sosial müdafiəsi gücləndirilib. Ümummilli lider Heydər Əliyevin siyasi kursuna sadiqlik və rəhbərliyinizlə aparılan siyasət, atılan addımlar bütün sosial problemlərin həllini tapacağına, hər bir Azərbaycan vətəndaşının həyatında müsbət dəyişikliklərə səbəb olacağına əminlik yaradıb.

Ölkəmizdə yeni növ koronavirus infeksiyasının genişlənməsinin qarşısının alınması məqsədilə təsdiq etdiyiniz müvafiq preventiv və profilaktik tədbirlər, əhalinin aztəminatlı təbəqəsinin sosial dayanıqlığının təmin edilməsi, o cümlədən pandemiyadan əziyyət çəkən sahibkarlara maliyyə dəstəyi verilməsi, insanları sosial həmrəyliyə dəvət etməyiniz dövlət-vətəndaş birliyini əks etdirən əsas amillərdəndir. Sizin vətəndaşların sağlamlığını düşünərək koronavirusla mübarizə sahəsində atdığınız qətiyyətli addımlarınızı, gördüyünüz işləri mütəmadi izləyir və təqdir edirik. Rəhbərliyiniz nəticəsində vaxtında görülmüş tədbirlərin müsbət nəticəsidir ki, Azərbaycan koronavirusa qarşı qabaqlayıcı tədbirlər görən ölkələr arasında öncüllərdəndir. Artıq neçə vaxtdır ki, Azərbaycan da COVID-19 infeksiyasına qarşı mübarizə aparır. Müsbət haldır ki, ölkəmizdə milli həmrəylik xeyli dərəcədə artıb. Bu, bir daha Sizin müdrikliyinizi və xalqın Sizə olan sarsılmaz inamını göstərir.

Cənab Prezident, inanırıq ki, gördüyünüz işlər və Azərbaycan xalqının Sizin ətrafınızda sıx birləşməsi hesabına bu pandemiyanın ölkəmizdə geniş yayılmasının qarşısı tezliklə alınacaq və biz, İnşallah bu bəladan az itkilərlə çıxacağıq. Sizə vətəndaşlara sahib çıxdığınız üçün sonsuz təşəkkür edirik. Bu çətin və məsuliyyətli fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, cansağlığı, uzun ömür arzulayırıq. Allah Sizi, Mehriban xanımı və övladlarınızı qorusun. Amin.

Hörmətlə,

Dadaşov Mehrab Dadaşbala oğlu

Cavadov Elçin Rafiq oğlu

Mehtiyev Pərviz Vidadi oğlu

Əliyev Vüqar Elhəddin oğlu

Əmrahlı Vüsal Salman oğlu və başqaları.

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu”.