• 1 Oktyabr 2020
logo
Təhsil Nazirliyi və DIM ikili diplom proqramı ilə bağlı birgə məlumat yayıb

Təhsil Nazirliyi və DIM ikili diplom proqramı ilə bağlı birgə məlumat yayıb

Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ikili diplom proqramı ilə bağlı birgə məlumat yayıb.

DİM-dən verilən məlumata görə, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin birgə ikili diplom proqramına əsasən Təhsil ixtisası üzrə magistraturada oxumaq üçün növbəti sənəd qəbulu elan edilir.

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən Azərbaycan Dövlət Pedaqoji Universiteti və Corc Vaşinqton Universitetinin magistratura səviyyəsi üzrə birgə ikili diplom proqramına müraciət etmək üçün DİM tərəfindən ayrıca imtahan keçiriləcək.

2020-ci ilin ilin iyul ayı ərzində keçirilməsi nəzərdə tutulan imtahanda bakalavriat səviyyəsinin “Təhsil ixtisasları”, “Humanitar və sosial ixtisaslar”, “İqtisadiyyat və idarəetmə ixtisasları” və “Təbiət” ixtisasları qruplarında yer alan ixtisaslardan birini bitirən və 2020-ci il fevralın 23-də keçirilən magistraturaya qəbul imtahanında iştirak etməyən cari və əvvəlki illərin məzunları iştirak edə bilərlər.

Qeyd olunan ixtisas qrupları üzrə müsabiqə şərtləri ilə buradan tanış ola bilərsiniz.

2020-ci il fevralın 23-də keçirilən magistraturaya qəbul imtahanında iştirak edərək müsabiqə şərtlərini ödəyən, lakin daha əvvəl sözügedən proqrama ADPU tərəfindən aparılan sənəd qəbulunda iştirak etməyənlər də proqrama müraciət edə bilərlər.

İkili diplom proqramında təhsil almaq istəyən namizədlərin müraciətlərinin qəbulu ADPU tərəfindən 20 iyul 2020-ci il tarixinədək davam edəcək.