• 20 Sentyabr 2020
logo
I sinfə qəbulla bağlı onlayn qeydiyyatdan keçən uşaqların sayı açıqlanıb

I sinfə qəbulla bağlı onlayn qeydiyyatdan keçən uşaqların sayı açıqlanıb

"44 minə yaxın uşaq I sinfə qəbulla bağlı onlayn qeydiyyatdan keçib".

APA-nın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib.

Onun sözlərinə görə, həmin uşaqların valideynləri yaxın ərazilərdə yerləşən məktəblərə sorğular yerləşdirirlər. Avqust ayının ikinci yarısından başlayaraq onlar həmin məktəblərə sənədlərini təqdim edə biləcəklər: "Artıq 5-ci il idi ki, I sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərirdi. Mövcud vəziyyətlə əlaqədar alternativ qeydiyyat mərkəzləri öz fəaliyyət qaydalarını dəyişiblər".

İ. Abdullayeva bildirib ki, valideynlər "Əks əlaqə" bölməsinə, yaxud da saytda göstərilən telefon, whatsapp nömrələrinə müraciət etdikdə onlara İşçi Qrupu tərəfindən yardım edilir. Bunlar valideynlərin vaxt itkisinin, növbəliliyin aradan qaldırılması ilə yanaşı, həm də mövcud vəziyyətlə bağlı müvafiq normaların qorunmasına da xidmət edir.