• 26 Aprel 2024
logo
Bakıda Yay Olimpiya Festivalı ilə bağlı daşımalar başladı

Bakıda Yay Olimpiya Festivalı ilə bağlı daşımalar başladı

XV Avropa Gənclər Yay Olimpiya Festivalının nəqliyyat əməliyyatları planına uyğun olaraq ilk daşımalara başlanılıb.
Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Məlumata görə, bu gün səhər saatlarında paytaxtımıza gələn ispan atletləri Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Atletlər kəndinə gətirilib.
Qeyd edək ki, qonaqların, eləcə də atletlərin yarış və qeyri-yarış məkanlarına daşınmasına 136 ədəd "Neoplan" avtobus və 38 ədəd miniavtobus ("Mercedes Sprinter") cəlb edilib.