• 30 Sentyabr 2020
logo
Bakıda beş məktəbdə peşə təmayüllü siniflər yaradılıb

Bakıda beş məktəbdə peşə təmayüllü siniflər yaradılıb

2019-2020-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 5 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər yaradılıb.

İdarədən verilən məlumata görə, paytaxtdakı 117, 120, 234, 274, 293 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.