• 19 Sentyabr 2020
logo
Magistraturaya ixtisas seçimi edən bakalavrların sayı açıqlanıb

Magistraturaya ixtisas seçimi edən bakalavrların sayı açıqlanıb

2020/2021-ci tədris ilində ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilmiş bakalavrların son sayı açıqlanıb.

Indiyədək 1800 bakalavrın ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisas seçimi ilə bağlı ərizəsi təsdiq edilib.

Onların 1651 nəfəri Azərbaycan bölməsi, 149 nəfəri rus bölməsi üzrə ərizəsini təsdiq edib.

Qeyd edək ki, bakalavrlar iyunun 18-dək ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsilə proqram və ixtisaslaşma seçimini aparmalıdırlar.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaq.