• 22 Sentyabr 2020
logo
Baş Nazirin müavini: “Azərbaycanda koronavirus qurbanlarının sayı dünya göstəricisindən 5 dəfədən azdır”

Baş Nazirin müavini: “Azərbaycanda koronavirus qurbanlarının sayı dünya göstəricisindən 5 dəfədən azdır”

“Azərbaycan hökumətinin pandemiya ilə mübarizədə özünü biruzə verən ən vacib cəhətlərdən biri böyük humanizmdir və Prezident İlham Əliyevin siyasətində bunu aydın şəkildə görmək mümkündür”.

Bunu Baş Nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, hazırkı şəraitdə insanların sağlamlığı və pandemiyanın iqtisadiyyata vurduğu zərbə aradan qaldırılır: “Prezidentimizin qeyd etdiyi kimi, bizim həyata keçirdiyimiz siyasətlə əlaqədar olaraq insanların sağlamlığının qorunması ilə pandemiyanın iqtisadiyyata vurduğu ziyanın aradan qaldırılması arasında seçim etmək lazım gələrsə, bizim üçün əsas olan insanların sağlamlığıdır. Məhz bunun nəticəsində Azərbaycanda pandemiyaya qarşı aparılan mübarizə daha müsbət nəticələr verib”.

Ə. Əhmədov qeyd edib ki, bu gün dünyada pandemiyaya yoluxanların sayı 7 milyondan, onun qurbanlarının sayı isə 400 min nəfərdən çoxdur: “Dünyada hər 1 milyon nəfərə pandemiya qurbanlarının sayı təxminən 440 nəfərdir. Azərbaycanda isə bu göstərici dünya göstəricisindən 5 dəfədən azdır. Bu müsbət nəticə Prezidentimizin əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirdiyi siyasətin ifadəsidir”.