• 23 Sentyabr 2020
logo
Qərargah: Vətəndaşlarımızın xaricdən gətirilməsi ilə bağlı qrafikdə birinci MDB, ikinci Avropa, üçüncü Şərq istiqaməti nəzərdə tutulur

Qərargah: Vətəndaşlarımızın xaricdən gətirilməsi ilə bağlı qrafikdə birinci MDB, ikinci Avropa, üçüncü Şərq istiqaməti nəzərdə tutulur

“Hazırda vətəndaşların xaricdən ölkəyə gətirilməsi ilə bağlı qrafik hazırlanır. Birinci, MDB, ikinci Avropa, üçüncü Şərq istiqaməti nəzərdə tutulub”. Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. İ. Məmmədov deyib ki, bu çarter reysləri karantin zonasının texniki imkanlarına əsasən həyata keçiriləcək.