"Xalqın, vətəndaşlarımızın intellektual səviyyəsi yüksəkdir. Koronavirusun mövcudluğuna inanmayanların üstünlük təşkil etməsi ilə razılaşmıram". Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. O qeyd edib ki, koronavirusun mövcudluğuna inanmayan müəyyən kəsim də var, bunun üçün isə maarifləndirmə işləri aparılmalıdır.