• 23 Sentyabr 2020
logo
Ramin Bayramlı: "Dərman qıtlığı yaşamırıq"

Ramin Bayramlı: "Dərman qıtlığı yaşamırıq"

“Karantin müəssisələri həftədə 200-500 nəfər qəbul edə bilər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, xəstə sayı artdıqca tələb olunan tibb işçilərin sayı da artır: “İndiyə qədər işçi çatışmazlığımız yoxdur. Dərman qıtlığı da yaşamırıq. Əvvəllər malyariyanın müalicəsində istifadə edilən, koronavirusun ilkin mərhələsində istifadə edilən dərmanlar da kifayət qədərdir”.