• 21 Sentyabr 2020
logo
Ramin Bayramlı : “Havanı dövr etdirən sistemlərin tətbiqinə məhdudiyyət olmalıdır”

Ramin Bayramlı : “Havanı dövr etdirən sistemlərin tətbiqinə məhdudiyyət olmalıdır”

“İstər nəqliyyat vasitələrində, istərsə də digər yerlərdə havanı içəridə dövr etdirən havalandırma sistemləri varsa, burada məhdudiyyət tətbiq olunmalıdır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, bu, yoluxma hallarını artırır: “Bununla əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparılıb və müəyyən qaydalar üzərində çalışılır. Hazırda havaların dözülməz dərəcədə isti olduğu mövsümündə deyilik. Amma gələcəkdə bu baş verə bilər. Bununla əlaqədar da növbəti qaydalar və qərarlar qəbul ediləcək”.