• 27 İyul 2024
logo
Bu il ali məktəblərə qəbul olacaq həssas qrupdan olan tələbələr də təhsil haqqı ilə bağlı portala müraciət edə biləcəklər

Bu il ali məktəblərə qəbul olacaq həssas qrupdan olan tələbələr də təhsil haqqı ilə bağlı portala müraciət edə biləcəklər

“Sentyabrda təhsil müəssisələrinə yeni tələbələr qəbul olunacaq və həmin tələbələr həssas qrupdan olarsa, onlar da ödənişlə bağlı müraciət edə biləcəklər”.

Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O qeyd edib ki, keçmişdə tələbə olub və təhsil haqqını ödəyə bilməyənlər müraciət edə bilməyəcəklər. Onun sözlərinə görə, bu, hazırda tələbə olanlara şamil olunur.