• 27 İyul 2024
logo
TN-in şöbə müdiri: "Sosial həssas qrupdan olan tələbələr növbəti tədris ilində yenidən müraciət etməlidirlər"

TN-in şöbə müdiri: "Sosial həssas qrupdan olan tələbələr növbəti tədris ilində yenidən müraciət etməlidirlər"

“Həssas qrupdan olan tələbələr sentyabr ayından başlayaraq dekabrın əvvəlinə kimi növbəti semestr üçün yenidən sistem vasitəsilə müraciətlərini yerləşdirə bilərlər”.

Bunu Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı və statistika şöbəsinin müdiri Nərgiz Səfərova deyib.

O bildirib ki, ödənişlərlə bağlı yenidən müraciət olunmalıdır: “Çünki dəyişiklik ola bilər. Məsələn hər hansı tələbənin valideyni iş tapa bilər və ya işləyən işdən çıxa bilər”.

Əgər valideyn ünvanlı sosial yardım, yaşa görə sosial müvaniət alırsa, əlilliyi varsa, o halda tələbə ödəniş üçün müraciət edib bundan yararlana biləcək.

N. Səfərova deyib ki, həssas qrupdan olanların təhsil haqqının ödənilməsi qərarı ilkin və əyani təhsil alanlara aiddir. İkinci ali təhsil və ya ikinci orta ixtisas təhsili alanlara bu ödənişlər aid olunmur.