• 24 Mart 2025
logo
Sosial həssas tələbələr üçün portala edilən müraciətlərin sayı açıqlanıb

Sosial həssas tələbələr üçün portala edilən müraciətlərin sayı açıqlanıb

“Bu günədək sosial həssas tələbələr üçün elektron portalda bakalavriat səviyyəsində təhsil alan 18 252 nəfər öz ərizələrini təsdiq edib”.

Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib. O bildirib ki, magistratura səviyyəsində təhsil alan 1061 nəfər ərizəsini təsdiq edib: “Peşə təhsili pilləsində təhsil alan 424 nəfər də portala müraciət edib. Yekun rəqəmlərdən danışmaq hələ tezdir. Hansısa məlumatları təqdim etməyənlər var. Bu, davamlı prosesdir. İyun ayı ərzində tələbələrə vaxt verəcəyik”.