• 27 İyul 2024
logo
Nazirlik: Təhsil haqqının ödənilməsi ilə bağlı məlumatlar təsdiqini tapmırsa, tələbəyə vaxt verilir

Nazirlik: Təhsil haqqının ödənilməsi ilə bağlı məlumatlar təsdiqini tapmırsa, tələbəyə vaxt verilir

Sosial həssas qrupa daxil olan tələbələrə təhsil haqqının ödənilməsi ilə bağlı bizdə olan məlumatlar təsdiqini tapmırsa, tələbəyə sənədləri dəqiqləşdirmək üçün vaxt verilir.

Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib.

O bildirib ki, bu halda iyunun sonuna kimi tələbəyə imkan verilir: "Biz tələbələrə sənədləri dəqiqləşdirmək üçün bu şansı veririk ki, sistem o müraciəti qəbul etsin".

Xatırladaq ki, Nazirlər Kabineti sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə qərar qəbul edib. Qərarın icrası üçün ümumilikdə 40 milyon manat ayrılacaq.

Həmin tələbələrin qeydiyyatını aparmaq üçün Təhsil Nazirliyi tərəfindən sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi sistemi http://e-telebe.edu.az istifadəyə verilib.