• 24 Sentyabr 2020
logo
DİM-in bütün inzibati binalarında vətəndaşların qəbulu dayandırılıb

DİM-in bütün inzibati binalarında vətəndaşların qəbulu dayandırılıb

Buraxılış (qəbul) imtahanlarının keçirilməsi ilə əlaqədar 10 və 11 iyun tarixlərində DİM-in bütün inzibati binalarında vətəndaşların qəbulu dayandırılır.

DİM-dən bildirilib ki, vətəndaşların qəbulu 12 iyun və daha sonrakı iş günlərində (imtahan günləri istisna olmaqla) davam etdiriləcək.

Xatırladaq ki, DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Vətəndaşlardan yalnız zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur.

Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.