• 20 Sentyabr 2020
logo
“Maska bizi bu “101”lərdən qoruyur”

“Maska bizi bu “101”lərdən qoruyur”

Vaqif Qarayev: “Bu gün tətbiq olunan qaydalara əməl etməliyik ki, yoluxma sayı azalsın”

“Yoluxuculuğu yüksək olan respirator viruslar var. Onlardan biri də hazırda yoluxmağa davam edən koronavirusdur”. Bunu “Xalq Cəbhəsi”nə tanınmış həkim Vaqif Qarayev deyib. O, bildirib ki, koronavirus ailəsi çox böyükdür. 2019-cu ildə peyda olduğu üçün COVİD-19 adı verilən virusun sürətli yoluxuculuq xarakteri var. Ona görə də dövlətlər sərhədləri bağladılar, insanları evə qapadılar və.s kimi addımlar atdılar ki, az insan yoluxsun. Ümumiyyətlə epidemiyalarda yoluxma sayı ilə ölüm sayının müqayisəsi aparılır. Ölüm sayı sağalanların sayından çoxdursa deməli vəziyyət həddindən artıq pisdir. COVİD-19-la bağlı dünya üzrə yoluxma sayı həddindən artıq çoxdur. Amma ölüm sayı ölüm sayı ilə müqayisədə aşağıdır. Amma bu insanlarda arxayınlıq yarada bilməz. COVİD-19 bütün dünyada iqtisadi çöküş ytaradıb. İndi belə epidemiyalar olanda nə edirlər?
Səhiyyənin, təbabətin epidemiya zamanı vəzifələri nədən ibarətdir?
1.İnsanları qorunmalı, bunun üçün mütləq karantinə alınmalıdır.
2.Vaksin olunmalıdır.
3. Xəstələr müalicə edilməlidir.
COVİD-19-la bağlı vaksin yoxdur. Onu da nəzərinizə çatdırım ki, vaksin müalicə deyil, yoluxmanın qarşısının alınması ilə bağlıdır. COVİD-19 virusuna qarşı təsir edən xüsusi dərmanlar yoxdur, amma başqa virus xəstəlikərində istifadə olunan dərmanlarla mümkün qədər öhdəsindən gəlməyə çalşırlar. Müalicəsi spesifik müalicə adlanır.
Karantinin xeyri nədir? COVİD-19-un ən təhlükəli xüusiyyəti ondan ibarətdir ki, bir adam asıqırmaq və öskürməklə kifayət qədər insanı yoluxdura bilir. Buna görə də təmas mümkün qədər az olmalıdır. Dünya da bu istiqamətdə gedir. Təcrid olunmanın da müxtəlif yolları var. Evdə qalmaqla özünütəcrid, sosial məsafə və maskadan istifadə mütləqdir. Virus yükü deyilən bir şey var. Yəni bir insana 1, yaxud 101 virus da daxil ola bilər. 1 virus daxil olan insanda xəstəlik təbii ki, yüngül, amma 101 virus daxil olan insanda xəstəlik ağır keçəcək. Maska bizi bu “101”lərdən qoruyur. Biz bunu anlamalıyıq. Bunu anlamasaq yoluxmanın qarşısını ala bilmərik. Yəni bu günə COVİD-19-dan qorunmaq üçün özünütəcrid, sosial məsafəni nə üçün firkirləşiblər? Çünki bir metr yarım, 2 metr məsafədən COVİD-19 virusunun digər insana keçmə ehtimalı çox aşağıdır. Ona görə də çalışmaq lazımdır ki, sosial məsafəni qoruyaq. Bu gün tətbiq olunan qaydalara-maska, sosial məsafə və özünütəcridə əməl etməliyik ki, yoluxma sayı azalsın. Virusun ölməsi, yox olması üçün birinci variant ondan ibarətdir ki, viruslu xəstə ölür, bununla da xəstə ilə yanaşı virus da yox olur. Bu çox təhlükəli yoldur. İkincisi yoluxan insan tibbin hesabına sağalır və virus məhv olur. Virus havada, ümumiyyətlə hər yerdə canlı hüceyrəni çox tez tapır və yoluxdurur. Amma biz təcrid olunsaq, yəni virus dövriyyə vaxtı canlı insan hüceyrəsi tapmasa ya mutasiya olur, yəni zəifləyir, ya da məhv olub gedir. Bu 3 məqamı mütləq nəzərə almalıyıq. Bundan ötrü də pandemiya dövründə tətbiq edilən karantin qaydalarına əməl etməliyik. Qalan gigiyenik qaydalara da əməl olunmalıdır. Bunlar bütün növ viruslarda vacibdir, amma indiki məqamda daha çox vacibdir”.

Əli Zülfüqaroğlu