• 27 İyul 2024
logo
Qazaxıstan neft hasilatını artırıb

Qazaxıstan neft hasilatını artırıb

Bu ilin yanvar-may aylarında Qazaxıstanda neft hasilatı illik ifadədə 5% artıraraq 38,5 mln. tona çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı Qazaxıstanın Energetika Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, 2019-cu ilin yanvar-may aylarında ölkədə 36,5 mln. ton neft hasil edilib.