Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusuna nəzarət üçün maskaların istifadəsinə dair təlimatını yeniləyib.
ÜST-ün Azərbaycan nümayəndəliyindən bildirilib ki, bu təlimat yeni əldə olunmuş sübutlara əsaslanır.
Bununla ÜST hökumətlərə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün ilk dəfə ictimai yerlərdə üz maskaları taxmağı tövsiyə edib.