• 15 Avqust 2020
logo
“Qarabağ” Türkiyənin III liqa klubunun oyunçusunu istəyir

“Qarabağ” Türkiyənin III liqa klubunun oyunçusunu istəyir

“Qarabağ”ın transfer gündəmində olan daha bir futbolçunun adı açıqlanıb.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, TFF III liqa təmsilçisi “1928 Bucaspor”un vingeri Oğuz Aydın karyerasını Azərbaycanda davam etdirə bilər. Premyer Liqanın lideri sol cinah oyunçusunu heyətinə cəlb etməkdə maraqlıdır. Hətta “Qarabağ”ın 20 yaşlı futbolçu ilə bağlı ilk cəhdinin uğursuz olduğu vurğulanıb. Ağdamlılar gələn həftə ikinci dəfə “1928 Bucaspor”un “qapısını döyəcək”.

Qeyd edək ki, Oğuz Aydın Türkiyənin 19 yaşadək futbolçulardan ibarət yığmasında çıxış edib.