• 29 Mart 2024
logo
Təhsil Nazirliyi təhsil haqqı ilə bağlı tələbələrə müraciət edib

Təhsil Nazirliyi təhsil haqqı ilə bağlı tələbələrə müraciət edib

Təhsil Nazirliyi təhsil haqqı ilə bağlı tələbələrə müraciət edib.

Nazirlikdən verilən məlumata görə, hazırda ölkədə hər iki tələbədən biri dövlət hesabına oxuyur. Bununla belə, bu dövrdə təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə əlavə dəstək məqsədilə e-teleb.edu.az portalı fəaliyyət göstərir.

Həmin portalda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr qeydiyyatdan keçərək 2020-ci ilin həm yaz, həm də payız semestrləri üçün təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilər. Müraciətlərin qəbulu 10 iyun tarixinə qədər davam edir.