• 26 Aprel 2024
logo
Ali məktəblərə ərizə verən abituriyentlərin sayı açıqlanıb

Ali məktəblərə ərizə verən abituriyentlərin sayı açıqlanıb

Ali təhsilin bakalavr səviyyəsinə ərizə verən abituriyentlərin sayı açıqlanıb.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu gün saat 11:30-dək ərizə verən abituriyentlərin sayı 86968-dir. I-IV qrup üzrə 70605 abituriyent ərizə verib. Onlardan 64605-i Azərbaycan, 6000-i rus bölməsindəndir.

I qrup üzrə indiyə qədər 29950 (27484 nəfər Azərbaycan, 2466 nəfər rus bölməsi), II qrup üzrə 13604 (12267 nəfər Azərbaycan, 1337 nəfər rus bölməsi), III qrup üzrə 22026 (20473 nəfər Azərbaycan, 1553 nəfər rus bölməsi), IV qrup üzrə 5025 (4381 nəfər Azərbaycan, 644 nəfər rus bölməsi) nəfər ali məktəblərə sənəd verib.