• 25 Sentyabr 2020
logo
Azercell “Telegram Bot” xidmətini təqdim edib

Azercell “Telegram Bot” xidmətini təqdim edib

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” abunəçilərinə innovativ “Telegram Bot” xidmətini təqdim edib.

Şirkətdən verilən məlumata görə, “Telegram Bot” çərçivəsində abunəçilər bir sıra əməliyyatları rahat şəkildə Müştəri Xidmətlərinə müraciət etmədən həyata keçirə biləcəklər.

Yeni servisdən yararlanmaq qaydası çox asandır: iOS və Android əməliyyat sistemlərini dəstəkləyən “Telegram” mobil tətbiqini Play Store və ya App Store-dan yüklədikdən sonra, https://bit.ly/azercellbot keçidinə daxil olaraq Start komandası seçilməlidir. Cavab olaraq Bot abunəçilərə 7 bölümdən ibarət menyu təqdim edəcək:

Mənim Nömrəm: Abunəçi Azercell-in “Kabinetim” tətbiqində qeydiyyatdan keçdiyi mobil nömrə və şifrəni daxil edərək, nömrəyə dair məlumatları əldə edə və müxtəlif əməliyyatlar həyata keçirə bilər ( cari tarif /internet paketinin idarəsi, balans haqqında məlumat).

Tariflər: Azercell-in mövcud tarif bazası haqqında detallı məlumat və qoşulma qaydaları.

Xidmətlər: Azercell-in lokal və rominq xidmətləri haqqında detallı məlumat və qoşulma qaydaları.

İnternet: Azercell-in mövcud internet paketləri haqqında detallı məlumat və qoşulma qaydaları.

Azercell+: Azercell-in yeni nəsil rəqəmsal həlləri haqqında detallı məlumat və qoşulma qaydaları.

Kampaniyalar: Azercell-in mövcud danışıq və internet kampaniyaları haqqında detallı məlumat və qoşulma qaydaları.

Əlaqə: Abunəçinin cari lokasiyasına əsaslanan “ən yaxın Azercell nümayəndəliyi”nin təyin edilməsi və ya Onlayn Müştəri Xidmətlərinə keçid.

Mobil operator yeni “Telegram Bot” xidmətinin funksional imkanlarını mütəmadi olaraq genişləndirəcəyini bəyan edərək, hər kəsi rəqəmsal dünyanı Azercell-lə kəşf etməyə çağırır.