• 25 Sentyabr 2020
logo
TƏBİB: Diplomatik korpusa fəaliyyətlərini həftə sonu məhdudlaşdırmağı tövsiyə edirik

TƏBİB: Diplomatik korpusa fəaliyyətlərini həftə sonu məhdudlaşdırmağı tövsiyə edirik

“İş yerlərinin böyük əksəriyyəti açılıb”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R. Bayramlı bildirib ki, digər yerlərdə çalışan insanlar da karantin rejimi yumşaldığı üçün fərqli yerlərdə iş tapa bilərlər: “Diplomatik korpusa gəlincə, onlara fəaliyyətlərini həftə sonu məhdudlaşdırmağı tövsiyə edə bilərik. Şənbə və bazar günü çalışan səfirliklər və konsulluqların əməkdaşları işə çıxa biləcəklər. Tövsiyəmiz isə iş fəaliyyətinin məhdudlaşdırılmasıdır”.