• 19 Sentyabr 2020
logo
TƏBİB: Beynəlxalq uçuşlara dair qaydalar hazırlanıb

TƏBİB: Beynəlxalq uçuşlara dair qaydalar hazırlanıb

“Türkiyənin Azərbaycanla hava əlaqələrinin bərpası barədə qərarı bu gün bizim tərəfdən də müzakirə edilir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, uçuşlarda hansı qaydaların tətbiq olunacağı müzakirə olunur: “Bəzi ölkələr koronavirusla bağlı pasport tətbiq edir. Ancaq bu, nə dərəcədə effektlidir, müzakirə mövzusudur. Beynəlxalq uçuşlara dair qərarlar müzakirə olunur. Bununla bağlı qaydalar hazırlanıb, bu yaxınlarda təsdiqlənəcək ”.