• 29 Mart 2024
logo
TƏBİB özündə və yaxınında koronavirus aşkarlanmış şəxslərin imtahanlara buraxılmamasına münasibət bildirib

TƏBİB özündə və yaxınında koronavirus aşkarlanmış şəxslərin imtahanlara buraxılmamasına münasibət bildirib

“Abituriyentlərin həyatında qəbul imtahanı xüsusi mərhələdir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, hansı xəstəlik səbəbindən abituriyent özünü yaxşı hiss etmirsə, imtahana qatılması doğru deyil: “Ancaq Dövlət İmtahan Mərkəzi bu halda sonradan hansı qərar qəbul edəcək, bilmirik. Biz bütün hallarda müzakirələrə hazırıq”.

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, bəzi dövlətlər 18 yaşdan aşağı uşaqların küçəyə çıxmasına qadağa qoyurdu: “Çunki kiçik yaşlı uşaqlar xəstəliyi daha çox asimptomatik, hiss olunmayan səviyyədə keçirirlər. Azyaşlıların virusu evdəki yaşlılara yoluxdurması daha asan olur. Böyükləri də xəstəlikdən qorumaq üçün müvafiq qaydalara riayət etməliyik”.