• 30 Sentyabr 2020
logo
Ramin Bayramlı: "Polislər günün altında dayananda da maskadan istifadə edirlər”

Ramin Bayramlı: "Polislər günün altında dayananda da maskadan istifadə edirlər”

"Polislər günün altında dayananda da maskadan istifadə edirlər”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, vətəndaşların qaydalara riayət etməsi üçün tələblər müəyyənləşib: “Müvafiq nəzarət mexanizmləri də işlənib. Polis və digər strukturlar buna ciddi nəzarət edəcəklər. Ancaq Operativ Qərargah olaraq sərt addımları deyil, insanların qaydalara əməl etməsini istəyirik”.