• 19 Aprel 2024
logo
TƏBİB sədri: "Uzunmüddətli qapanmalar daha çox müsbət nəticə verə bilər"

TƏBİB sədri: "Uzunmüddətli qapanmalar daha çox müsbət nəticə verə bilər"

“Uzunmüddətli qapanmalar epidemioloji baxımdan daha çox müsbət nəticə verə bilər. Ancaq təhlil edilməmiş heç bir qərar qəbul edilmir”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

R. Bayramlı qeyd edib ki, həftə sonu, bayram günləri qapanma barədə qərar verən ölkələrin nəticələri məlumdur: “Bu sahədə müsbət nəticələr var. 7-10 gün sonra hansı nailiyyətin əldə olunduğu barədə məlumat verə biləcəyik. Təhlillər müsbət təsirin olacağını göstərir. İnsanlar həftə ərzində də qaydalara mütləq riayət etməlidir”.