• 19 Aprel 2024
logo
Operativ Qərargah: Tibbi maskaların tədarükü ilə bağlı Azərbaycanda hər hansı problem yoxdur

Operativ Qərargah: Tibbi maskaların tədarükü ilə bağlı Azərbaycanda hər hansı problem yoxdur

"Tibbi maskaların tədarükü ilə bağlı ölkəmizdə hər hansı problem yoxdur".

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, xarici dövlətlər tərəfindən Azərbaycandan tibbi maskaların alınması ilə bağlı sifarişlər olur: "Biz insanlara sadə tibbi maskalardan istifadə etməyi tövsiyə edirik. İnsanlar evdə qaydalara uyğun olaraq maska hazırlayıb istifadə edə bilərlər".