• 28 Mart 2024
logo
Qərargah: 190 manat birdəfəlik ödəmə gündəmdə deyil

Qərargah: 190 manat birdəfəlik ödəmə gündəmdə deyil

“190 manat birdəfəlik ödəmə gündəmdə deyil”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, həftənin iş günlərində artıq insanlar çalışa bilir: “Ən çox verilən suallardan biri 190 manatlıq sosial ödəmə ilə bağlıdır. Bu qərar iş yerlərinin uzunmüddətli bağlanmasına görə qəbul edilmişdi. Hazırda bütün iş yerləri fəaliyyəti göstərir. Ona görə də 190 manat ödəmənin verilməsi gündəmdə deyil. Məhdudiyyət yalnız həftə sonlarını əhatə edir, iş günlərini deyil”.