• 1 Oktyabr 2020
logo
Qərargah: Xidməti avtomobillərdən yalnız işləməyə icazə verilən şəxslər istifadə edə bilərlər

Qərargah: Xidməti avtomobillərdən yalnız işləməyə icazə verilən şəxslər istifadə edə bilərlər

"Üzunmüddətli qapanmalar iqtisadi baxımdan mənfi nəticələrə səbəb olur. Ona görə də qısamüddətli qapanmalar barədə qərar verilib". 

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, qapanma insanların sağlamlığının qorunması üçün effektli olsa da, iqtisadi baxımdan müəyyən çətinliklərin yaranmasına səbəb olur: "Həftə sonu işinə icazə verilən dövlət qurumlarına da Nazirlər Kabineti tərəfindən siyahı göndərilib. Xidməti avtomobillərdən yalnız işləməyə icazə verilən şəxslər istifadə edə bilərlər".

TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, insanlar bu günlərdə zəruri dərman ehtiyaclarını təmin etməlidirlər: "Təcili hallar çıxarsa, insanlara təcili yardımla lazımi yardım ediləcək".

 R. Bayramlı nəzərə çatdırıb ki, ölkədə gündəlik 150-170 şəxs vəfat edir: "Bu statistikaya uyğun olaraq yaxın dəfndə iştirak edə biləcək insanların sayı bilinir. 102 xidmətinə zəng etməklə insanlar dəfndə iştirak edə biləcəklər. Əvvəllər SMS-lə dəfndə iştirakla bağlı  40-50 min müraciət edilirdi. Bu, sui-istifadə halları idi. 102 xidmətinə yersiz zəng edənlər müvafiq qaydada cəzalandırılacaq".