• 29 Mart 2024
logo
BMT-nin baş katibi: "Koronavirusa qarşı peyvəndin hazırlanması üçün görüləcək işlər çoxdur"

BMT-nin baş katibi: "Koronavirusa qarşı peyvəndin hazırlanması üçün görüləcək işlər çoxdur"

“COVID-19 bütün nəsillərin üzləşdiyi ən böyük ictimai sağlamlıq problemidir və hazırda onun peyvəndi yoxdur”.

Bunu BMT-nin baş katibi Antonio Quterreş “Qlobal Peyvənd Sammiti”ndə çıxışı zamanı deyib. “Biz koronavirus peyvəndinin üzərində birlikdə çalışarkən bunu bilməliyik ki, peyvənd özlüyündə kifayət deyil. Biz peyvəndin hər yerdə hər kəs üçün əlçatan olmasından ötrü qlobal həmrəylik nümayiş etdirməliyik. COVID-19 xalqların peyvəndi olmalıdır. Bu istiqamətdə Vaksinasiya və İmmunizasiyalar üzrə Qlobal Alyansı (GAVI) səylər göstərir. BMT olaraq, biz də bu işdə iştirak edirik. Hələ görüləcək işlər var”, - deyə baş katib vurğulayıb.

A. Quterreş qeyd edib ki, bu gün 21 milyon uşaq peyvənd edilə bilmir: “COVID-19-la əlaqədar vəziyyət daha da pisləşib. İmmunlaşdırma prosesi zəifləyib”.