• 18 Aprel 2024
logo
TƏBİB: Apteklər bağlı olacağı üçün dərmanları əvvəldən almaq lazımdır

TƏBİB: Apteklər bağlı olacağı üçün dərmanları əvvəldən almaq lazımdır

“Apteklərin bağlanması ilə bağlı bu günlərdə vətəndaşlar zəruri dərman ləvazimatlarını əvvəldən ala bilərlər”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ancaq təcili hallar olarsa, bununla bağlı təcili tibbi yardım briqadaları vasitəsilə həmin şəxslərə xidmət göstəriləcək.