• 24 Sentyabr 2020
logo
Qərargah: Gələcəkdə həftə sonları və bayram günləri hərəkət məhdudlaşdırıla bilər

Qərargah: Gələcəkdə həftə sonları və bayram günləri hərəkət məhdudlaşdırıla bilər

“Gələcəkdə həftə sonları və bayram günlərində hərəkətin məhdudlaşdırılması nəzərdə tutulur. Ancaq bu barədə hələ qərar verilməyib”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O qeyd edib ki, tək həftə sonu qapanma xəstəliyin yayılmasının qarşısını almaq üçün yetərli deyil: “Həftə ərzində də insanlar sosial məsafəni gözləməli və tibbi maskadan istifadə etməlidirlər”.